“Barselona” – “Napoli” matçı da azarkeşsiz oynanılacaq – rəsmi

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Barselona” – “Napoli” matçı azarkeşsiz oynanılacaq.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Kamp Nou”da keçiriləcək qarşılaşmanın azarkeşsiz oynanılmasına səbəb, koronavirus epidemiyasının yayılmasının qarşısını almaqdır.

Martın 18-də keçiriləcək “Barselona” – “Napoli” matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyun qollu bərabərliklə bitib – 1:1.

Çempionlar Liqasının 1/8 finalının PSJ – “Borussiya” (Dortmund) matçı da koronavirus epidemiyası səbəbindən azarkeşsiz oynanılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button