“Cavab oyunu çox çətin olacaq” – Simeone

Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi”yə uduzan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan argentinalı mütəxəssis, 0:1 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Oyun bitdikdən sonra nəyisə dəyişə bilmirsən. Bu səbəbdən biz futbolu sevirik. Oyunun nəzarəti bizdə olsa da, qələbə qazana bilmədik. Rəqibin Olivye Jiru kimi güclü silahı var idi və bundan istifadə etdi.

Hər iki komanda meydanda yaxşı işlər gördü. Şanslar az olsa da, “Çelsi” əlinə düşən imkanı qaçırmadı. Oyun ümumilikdə bərabər keçdi. Heç bir qapıçının yadda qalan qurtarışı olmadı. Cavab oyunu çox çətin olacaq”.

“Çelsi” – “Atletiko” cavab matçı martın 17-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button