Haland Mbappeyə təşəkkür etdi

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Sevilya”nı məğlub edən Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3:2 hesabıyla qələbə qazandıqları görüşdə dubl edən norveçli hücumçu bunları deyib:

“Kilian Mbappe het-trik edəndən sonra böyük motivasiya ilə meydana çıxdım. Bunun üçün ona təşəkkür edirəm. Çempionlar Liqasını çox sevirəm, gözəl bir axşam oldu.

Oyundan əvvəl bir planımız var idi. Baş məşqçimiz Edin Terziç yanıma gəlib, “bu sənin oyunun olacaq” dedi və elə də oldu. Gözəl bir qələbə qazandığımız üçün xoşbəxtəm”.

Haland Çempionlar Liqasında 8 qolla bombardirdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button