Simeoneni qıcıqlandıran məsələ

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandasının UEFA Çempionlar Liqasını tərk etməsi və Madrid klubunda fəaliyyətini davam etdirmək istəyi barədə danışıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, “Atletiko”da qalmaq istədiyini bildirib:

“Arzum bu klubda fəaliyyətimə davam etmək və gələn mövsüm Çempionlar Liqasına qayıtmaqdır. Çempionlar Liqasından kənarda qaldıq, bu, ağırdır. Azarkeşlər qarşısında məsuliyyətimizə görə bu, məni qıcıqlandırır. Biz birlikdə olmalıyıq və meydanda nə edə biləcəyimizi sözlərlə deyil, hərəkətlərlə göstərməliyik”.

Çempionlar Liqasının B qrupunda “Brügge” (10) və “Portu” (9) pley-offa yüksəlib. “Atletiko” (5) və Leverkuzen “Bayer”i (4) Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button