Çempionlar Liqasında son turun ən yaxşı futbolçusu bilindi

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu ada İngiltərə “Liverpul”unda çıxış edən Dioqo Jota layiq görülüb.

24 yaşlı portuqaliyalı hücumçu İtaliyada “Atalanta”nı 5:0 hesabı ilə məğlub etdikləri görüşdə het-trik edib.