Çempionlar Liqasında pley-off mərhələsinin cütləri

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsinə son 6 vəsiqə uğrunda aşağıdakı kollektivlər mübarizə aparacaqlar:

Çempionlar Liqası, pley-off mərhələsi

Çempionlar yolu
Dinamo (Zaqreb, Xorvatiya) – Rusenborq (Norveç)
ÇFR (Rumıniya) – Slaviya (Praqa, Çexiya)
Yanq Boyz (İsveçrə) – Srvena Zvezda (Serbiya)
APOEL (Kipr) – Ayaks (Hollandiya)

Liqa yolu
LASK (Polşa) – Brügge (Belçika)
Olimpiakos (Yunanıstan) – Krasnodar (Rusiya)

Qeyd edək ki, ÇL-də pley-off mərhələsinin ilk oyunları avqustun 20-21-də, cavab qarşılaşmaları 27-28-də keçiriləcək.