Çempionlar Liqasında mübarizə aparmaqdan məmnunuq, amma… – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp, Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya”ya qarşı keçirəcəkləri oyun haqqında açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, Münhen təmsilçisinə qarşı oyunun çətin keçəcəyini bildirib:

“Çempionlar Liqasında mübarizə aparmaqdan məmnunuq, amma
bizi çox çətin oyunlar gözləyir. Baxmayaraq ki, artıq bəziləri bizim 1/4 final mərhələsində olduğumuzu düşünür. Keçən mövsüm olduğu kimi, bu mövsüm də eyni şəkildə mübarizə aparacağıq. Lakin eyni zamanda Premyer Liqaya da diqqət etməliyik”.

“Liverpul” ÇL-in 1/8 final mərhələsində “Bavariya” ilə ilk oyununu fevralın 20-də, doğma meydanda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button