Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu

Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bəlli olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Ayaks”ın futbolçusu Sebastyan Haller ilk həftənin ən yaxşısı seçilib.

“Sportinq”lə səfərdə keçirilən görüşdə (5:1) poker edən futbolçu UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədə qalib elan olunub.

Qeyd edək ki, həftənin ən yaxşı oyunçusu adına Robert Levandovski (“Bayern”, Almaniya), Cud Bellingem (“Borussiya”, Dortmund, Almaniya) və Kristofer Nkunku (“Leyptsiq”, Almaniya) da namizəd idi.