“Çempionlar Liqasında daha bir qələbə arzulayıram” – Benzema

“Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasını yenidən qazanmaq istədiyini deyib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, fransalı futbolçu bütün oyunların vacib olduğunu bildirib:

“Yalnız karyeramın sonunda “Real”ın tarixinə düşə bildiyimi anlayacam. Hər halda, mənim üçün bütün oyunlar vacibdir. Hər zaman çalışıram ki, yeni bir şey edim, azarkeşləri sevindirim. Amma təbii ki, Çempionlar Liqasında daha bir qələbə arzulayıram. Bunun üçün yaxşı hazırlaşmaq və qalib gəlmək üçün mümkün olan hər şeyi etmək lazımdır”.

33 yaşlı futbolçu “Real”ın heyətində dörd dəfə (2013/14, 2015/16, 2016/17 və 2017/18 mövsümü) Çempionlar Liqasının qalibi olub.

“Real” mayın 28-də ÇL-in finalında “Liverpul”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button