“Çempionlar Liqasında belə oynamamalıyıq” – Messi

“Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/4 finalında “Mançester Yunayted”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu, 3:0 hesabıyla qələbə qazandıqları oyuna pis başladıqlarını deyib:

“Oyunun ilk dəqiqələrində pis oynadıq. Buna diqqət etməliyik. Çempionlar Liqasında belə oynamamalıyıq. Bu turnirdə 5 dəqiqə belə, pis oynamaq, işlərin qarışmasına gətirib çıxarar.

Vurduğum ikinci qolda bir az bəxtim də gətirdi. Ancaq uzun müddət sonra yarımfinala yüksəldik. Əsas olan budur. İndi diqqətimizi La Liqaya yönəltməliyik. Çempionluğumuzu rəsmiləşdirdikdən sonra ÇL-də daha yaxşı ola bilərik”.

“Barselona” Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul” – “Portu” cütünün qalibiylə qarşılaşacaq. Komandalar arasındakı ilk oyunda “Liverpul” 2:0 hesablı qələbə qazanıb. Cavab oyunu bu gün, saat 23:00-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button