Azərbaycan klublarının avrokuboklardakı oyunları azarkeşsiz keçiriləcək

Çempionlar Liqası və Avropa Liqasının yeni mövsümündə təsnifat mərhələlərinin oyunları azarkeşsiz keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında qərar qəbul olunub.

Növbəti bildirişədək UEFA bayrağı altında təşkil olunmuş matçlara azarkeşlər buraxılmayacaq. Avrokubokların təsnifat mərhələlərinin qarşılaşmaları bir oyundan ibarət olacaq.

Azərbaycanı yeni mövsümdə Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə “Neftçi”, “Keşlə” və “Sumqayıt” klubları təmsil edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button