Çempionlar Liqası: “Qarabağ”ın rəqibi məlum oldu
Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq və Bakı vaxtı ilə saat 14:00-da başlanıb və tədbirdə son Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.
“Qarabağ” bu mərhələdə Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi “Sileks”lə oyununu Bakıda keçirəcək.
UEFA 34 iştirakçını 5 qrupa ayırıb. Bunlardan üçündə 6, ikisində 8 iştirakçı yer alıb. Azərbaycan çempionu “Qarabağ” 4-cü qrupda səpələnmiş 4 komandadan biridir.
Bir oyundan ibarət olacaq 1-ci təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.
UEFA Çempionlar Liqası, 2020/21 mövsümü, 1-ci təsnifat mərhələsi
1-ci qrup
“Ferensvaroş” (Macarıstan) – “Yurqorden” (İsveç)
“Seltik” (Şotlandiya) – “Reykyavik” (İslandiya)
“Legiya” (Polşa) – İlkin mərhələnin qalibi
2-ci qrup
“Şerif” (Moldova) – “Fola” (Lüksemburq)
“Konnah” (Uels) – “Sarayevo” (Bosniya və Herseqovina)
“Srvena Zvezda” (Serbiya) – “Europa” (Cəbəllütariq)
3-cü qrup
“Buduçnost” (Monteneqro) – “Lüdoqorets” (Bolqarıstan)
“Ararat” (Ermənistan) – “Omoniya” (Kipr)
“Floriana” (Malta) – ÇFR (Rumıniya)
4-cü qrup
“Makkabi” (Təl-Əviv, İsrail) – “Riqa” (Latviya)
“Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya)
“Dinamo” (Tbilisi, Gürcüstan) – “Tirana” (Albaniya)
“Astana” (Qazaxıstan) – “Dinamo” (Brest, Belarus)
5-ci qrup
“Molde” (Norveç) – “Flora” (Estoniya)
“Dandolk” (İrlandiya) – “Klaksvik” (Farer adaları)
“Slovan” (Slovakiya) – “Çelye” (Sloveniya)
“Suduva” (Litva) – “KuPS” (Finlandiya)
Bizi Facebook-da izləyin