
Arbeloa: “Benfika” bizə çox təzyiq göstərirdi”
“Real”ın baş məşqçisi Alvaro Arbeloa UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Benfika” üzərində 2:1 hesablı qələbə ilə bağlı fikirlərini bölüşüb.
Madridlilər 14-cü dəqiqədə qol buraxsa da, Orelyen Tçuameni sayəsində hesabı tez bir zamanda bərabərləşdirib və son dəqiqələrdə Vinisius Juniorun qolu sayəsində qələbəni təmin edib. Yekun hesab 3:1 olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Çempionlar Liqasının heç vaxt asan olmadığını bildirib:
“Çempionlar Liqası heç vaxt asan olmur: matç zamanı həmişə çətin fasilələr olur. Bəzən əziyyət çəkməlisən – bu, normaldır. “Benfika” bizə çox təzyiq göstərirdi. Müdafiə ilə yarımmüdafiə arasında çox boşluq buraxdıq, amma sonra bu problemi həll etdik və xeyli yaxşılaşdıq. Tez bir zamanda geri qayıtmaq çox vacib idi”.
“Real”in 1/8 finaldakı rəqibi “Mançester Siti” və ya Lissabon “Sportinq”i olacaq. Püşkatma sabah keçiriləcək.
Bizi Facebook-da izləyin



