Çempionlar Liqası: BATE-dən çətin, “Seltik”dən asan qələbə

Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib. Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan “Qarabağ”ın növbəti mərhələdəki potensial rəqibləri APOEL ilə “Sutyeska” da üz-üzə gəlib. Monteneqroda keçirilən görüşdə Kipr təmsilçisi minimal hesabla qələbə qazanıb.

“Viktoriya” klubu “Olimpiakos”u, PSV isə “Bazel”i qəbul edib. Plzendəki oyunda hesab açılmayıbsa, Eyndhovendə qapılara 5 qol vurulub. Qələbəni isə meydan sahibləri bayram ediblər.

Zaqreb “Dinamo”su ilə “Kopenhagen” də səfərdə inamlı qələbə qazanmaqla növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.

Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” 2-ci mərhələdə “Dandalk”la (İrlandiya) qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib.

Belarus BATE-si “Rusenborq”u, “Seltik” isə Estoniyanın “Nomme Kalyu” klubunu qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbəyə sevinən tərəf olub.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

23 iyul

Viktoriya (Çexiya) – Olimpiakos (Yunanıstan) 0:0

Saburtalo (Gürcüstan) – Dinamo (Zaqreb, Xorvatiya) 0:2
Qol
: Orsiç, 67. Petkoviç, 78-pen.

PSV (Holllandiya) – Bazel (İsveçrə) 3:2
Qol
: Bruma, 14. Lammers, 89. Malen, 90 – Ayeti, 45. Alderete, 79.

TNS (Uels) – Kopenhagen (Danimarka) 0:2
Qol
: Sotiriu, 18. Skov, 61-pen.

Sutyeska (Monteneqro) – APOEL (Kipr) 0:1
Qol
: De Vinsenti, 42-pen.

24 iyul

BATE (Belarus) – Rusenborq (Norveç) 2:1
Qol
: Staseviç, 5-pen. Skaviş, 51 – Konradsen, 25.

CFR Kluj (Rumıniya) – Makkabi (Təl Əviv, İsrail) 1:0
Qol
: Omrani, 22.

Ferentsvaroş (Macarıstan) – Valetta (Malta) 3:1
Qol
: Bonello, 19-öz qapısına. Lanzafame, 36-pen; 59 – Yuri, 85.

Maribor (Sloveniya) – AİK (İsveç) 2:1
Qol
: Kronaveter, 6. İvkoviç, 38 – Qoytom, 28.

Seltik (Şotlandiya) – Nomme Kalyu (Estoniya) 5:0
Qol
: Ajer, 36. Kristie, 44-pen; 65. Qriffits, 45+3. Makqreqor, 77.

Dandalk (İrlandiya) – Qarabağ (Azərbaycan) 1:1
Qol
: Hoban, 78 – Emreli, 4.

Srvena Zvezda (Serbiya) – HİK (Finlandiya) 2:0
Qol
: Boakye, 27. Pavkov, 90.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button