
PSJ-nin 10 milyonluq zərəri – koronavirusa görə
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək PSJ – “Borussiya” (Dortmund) matçı koronavirus epidemiyasına görə azarkeşsiz oynanılacaq.
Komanda.az xəbər verir ki, bu görüşdə fanatların olmaması PSJ klubunun 10 milyon avro itirməsinə səbəb olacaq. Bu məbləğə təkcə bilet pulları deyil, həm də stadion ərazisində yerləşən mağaza və digər obyektlərin qazancları da daxildir. Paris təmsilçisi bununla yanaşı, oyun günü işləyəcək mühafizə xidməti və digər işçilər üçün də müəyyən qədər pul ödəyəcək.
Sabah keçiriləcək PSJ – “Borussiya” matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda dortmundlular 2:1 hesabıyla qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin