“Çempionat iyun ayının sonundan tez başlamamalıdır”

İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Stive Brus koronavirus səbəbiylə dayandırılan Premyer Liqanın mümkün bərpası ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis, çempionatın iyunun ortasında bərpa olunmasına qarşı çıxıb:

“Çempionat 8 həftədir ki, dayandırılıb. Yəqin ki, futbolçular karyeralarındakı ən böyük fasiləni yaşayırlar. Mövsümöncəsi hazırlıq dövrü olsaydı, hazırlaşmaq üçün 6 həftə vaxtımız olar və 6 yoxlama oyunu keçirərdik. Futbolçular ancaq bu cür oynaya biləcək səviyyəyə gəlirlər. Onları formaya salmaq üçün bizə vaxt verilməlidir. Çempionat iyun ayının sonundan tez başlamamalıdır”.