“Çelsi”nin yeni forması – FOTO

“Çelsi” klubu 2023/2024 mövsümü üçün üçüncü formasını təqdim edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, üçüncü forma “eton mavisi” adlanan rəngdə hazırlanıb.

Formanı hazırlayarkən, “Çelsi” və klubun texniki sponsoru “Nike” komandanın 1905-1907-ci illərdə geyindiyi ilk formasından ilham alıblar.

“Çelsi” bu forma ilə İngiltərə Premyer Liqasının 5-ci turunda, sentyabrın 17-də baş tutacaq “Bornmut”a qarşı matçda meydana çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button