Çex xokkeydə debüt etdi, “ən yaxşı” seçildi – video

“Çelsi”nin və Çexiya milli komandasının keçmiş futbolçusu Petr Çexin buzüstü xokkeyə başladığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, “Qilford Feniks” klubu ilə müqavilə imzalayan keçmiş qapıçı, xokkeydə debüt oyununa çıxıb. Çexin komandası Milli Xokkey Liqasında “Sundino Valdkets”lə qarşılaşıb. İlk oyununda inamlı təsir bağışlayan Çex, görüşün ən yaxşı xokkeyçisi seçilib. Qarşılaşma “Qilford Feniks”in 3:2 hesablı qələbəsiylə başa çatıb.

Çex 2004-2015-ci illərdə “Çelsi”nin şərəfini qoruyub. O, karyerasını bitirdikdən sonra “zadəganlar”da texniki müşavir vəzifəsini yerinə yetirirdi. Keçmiş futbolçu 124 dəfə də Çexiya milli komandasının formasını geyinib.