Petr Çex xokkey klubunda!

“Çelsi”nin və Çexiya milli komandasının sabiq futbolçusu Petr Çex buzüstü xokkeyə başlayır.

Komanda.az xəbər verir ki, keçmiş qapıçı İngiltərənin “Qilford Feniks” klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 37 yaşlı Çex bazar günü xokkeydə debüt oyununa çıxacaq.

Çex 2004-2015-ci illərdə “Çelsi”nin şərəfini qoruyub. O, karyerasını bitirdikdən sonra “zadəganlar”da texniki müşavir vəzifəsini yerinə yetirirdi. Çex, 124 dəfə də Çexiya milli komandasının formasını geyinib.