“Çelsi”nin transfer siyahısı – Qvardiola da var

“Çelsi” yay transfer pəncərəsi üçün heyətini yeniləmək istəyir.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, klubun siyahısına müxtəlif mövqelər üzrə təxminən on namizəd daxildir.

Müdafiəçilər Antonio Rüdiger və Andreas Kristensenin komandanı tərk etmə ehtimalı olduğundan, “Çelsi” müdafiə xəttini gücləndirmək istəyir. “Zadəganlar” onların yerinə “Sevilya”dan Jül Kunde, “Atletiko”dan Xose Ximenez, PSJ-dən Presnel Kimpembe, “Brayton”dan Mark Kukurella və “Leyptsiq”dən Yoşko Qvardiolanı nəzərdən keçirir.

“Çelsi”nin yarımmüdafiə xətti üçün namizədləri isə bu futbolçulardır: “Vest Hem”dən Deklan Rays və “Monako”dan Orelyen Tuçameni.

“Çelsi” hücum xəttini də gücləndirmək istəyir. London klubu “Bayern”in hücumçusu Robert Levandovskini transfer etməyin daha uyğun yollarını axtarır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button