“İnsanlar Neymarın meydanda nələr etdiyini unudur” – Silva

“Çelsi”nin müdafiəçisi Tyaqo Silva açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçu, həmyerlisi Neymar haqda danışıb:

“Neymar üçün çətin vəziyyətdir. Futbolçulara hər tərəfdən təzyiqlər olur. Neymara edilən isə planlanmışdır. Ona edilən təzyiqləri kimsə istiqamətləndirir və daha fərdi edilir. Ümid edirəm ki, o, futbola olan sevgisini itirməz.

İnsanlar Neymarın meydanda nələr etdiyini unudur. Onu sərgilədiyi oyunla tənqid edin, meydandan kənarda etdiklərinə görə yox. Futbolçunun meydandan kənarda nə etdiyi heç kimi maraqlandırmamalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button