“Çelsi”nin müdafiəçisi DÇ-ni buraxacaq

Futbol üzrə İngiltərə millisinin və “Çelsi”nin müdafiəçisi Ben Çiluell bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.

Komanda.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

O, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına 2:1 hesabı ilə qalib gəldikləi oyunda zədələnib. Dizindən xəsarət alan 26 yaşlı müdafiəçinin zədəsi ciddidir. Bu səbəbdən təcrübəli oyunçu cari ili vaxtından əvvəl başa vurmalı olub.

Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. İngiltərə millisi ABŞ, İran və Uelslə birlikdə B qrupunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button