“Real” Karreras üçün 25 milyon avroluq təklifə “yox” dedi

“Çelsi” “Real”ın müdafiəçisi Alvaro Karrerası transfer etmək istəyir.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, London təmsilçisi Mark Kukurellanın 60 milyon avro qarşılığında “Real”a keçidindən sonra müdafiənin sol cinahını gücləndirməyi planlaşdırır.

“Çelsi” 23 yaşlı futbolçu üçün “Real”a 21 milyon funt-sterlinq (təxminən 24,8 milyon avro) məbləğində təklif göndərib. Ancaq Madrid klubu bu təklifi geri çevirib.

Bildirilir ki, Karreras “Real”da qalmaq və əsas heyətdə yer uğrunda mübarizə aparmaq niyyətindədir. Klub da futbolçunu komandada saxlamaqda maraqlıdır.

Daha əvvəl “Real”ın yeni baş məşqçisi Joze Mourinyonun ispaniyalı futbolçu ilə bağlı planlarının olduğu barədə xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button