
Pedro “Barselona”ya keçmək üçün “Çelsi”dən icazə istəyib
“Çelsi”nin hücumçusu Joao Pedro “Barselona”nın transfer siyahısında yer alır.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu London klubunun rəhbərliyindən Kataloniya təmsilçisinə transferinə icazə verilməsini xahiş edib.
Bildirilir ki, “Çelsi”nin rəsmi nümayəndələri hazırda İspaniyadadır və yeni baş məşqçi Xabi Alonso ilə görüşərək, hücumçunun gələcəyini müzakirə etməyi planlaşdırır.
“Barselona” isə yeni hücumçu transferi üçün 100 milyon avro ayırmağa hazırdır və Pedro əsas namizədlərdən biri hesab olunur.
24 yaşlı forvard bu mövsüm 49 oyunda meydana çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilə kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



