“Çelsi”nin gənc futbolçusu dələduzluqla üzləşdi

“Çelsi”nin gənclərdən ibarət komandasının hücumçusu Corc Nann dələduzluqla üzləşib.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. İki nəfər Londonda gəzən 18 yaşlı futbolçu ilə sevgilisinin qarşısını kəsib. Soyğunçular futbolçunun 8 min avro dəyərində olan saatını istəyib. Nann soyğunçuyla danışan zaman sevgilisi polisə xəbər verib və hadisə yerinə gələn mühafizə işçiləri soyğunçulardan birini tutub.

Polis tərəfindən tutulan oğru, gənc hücumçuya 500 avro təzminat ödəyəcək.   

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button