“Yuventus”a keçməyə razılıq verdi – “Çelsi”nin hücumçusu

“Çelsi”nin futbolçusu Olivye Jiru karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 33 yaşlı hücumçu “Yuventus”a transfer olunmağa yaxındır.

Turin təmsilçisi Jiruya 2 illik müqavilə təklif edib. Fransız futbolçu “Yuventus”da ümumilikdə 9 milyon avro qazanacaq. “Çelsi” isə Jiru üçün italyanlardan 5 milyon avro istəyir.

Jirunun “Yuventus”a keçməyə razılıq verdiyi və transferin yaxın zamanda yekunlaşacağı bildirilir.

Fransa milli komandasının da hücumçusu olan Jiru, 2018-ci ildən “Çelsi”də çıxış edir.