“İtirəcəyimiz bir şey yoxdur” – Jiru

“Çelsi”nin futbolçusu Olivye Jiru Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Bavariya”ya məğlub olduqları matçla bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız hücumçu, itirəcək nələrinsə olmadığını deyib:

“Düzdür, turu keçə bilməyimiz qeyri-realdır. Özümüzə inanaraq meydana çıxmalıyıq. Lazım olan qolları vura bilərik, inamlı olmalıyıq. Onlar səfərdə üç qol vurdular, biz də bunu təkrarlamalıyıq. İtirəcəyimiz bir şey yoxdur”.

“Çelsi” “Bavariya”ya 0:3 hesabıyla uduzub. Komandalar arasındakı cavab matçı martın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button