Kante qərarını verdi: gedir?

“Çelsi”nin futbolçusu Nqolo Kante gələcəyiylə bağlı qərarını verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, fransız yarımmüdafiəçi “zadəganlar”dan ayrılmaq niyyətində deyil və yeni mövsümdə start heyətindəki yerini qorumaq istəyir.

Kante ilə İtaliyanın “İnter” klubu yaxından maraqlanır. “Neradzurra” 29 yaşlı yarımmüdafiəçi üçün 50 milyon avro ödəməyə hazırdır.

2016-cı ildən “Çelsi”də çıxış edən Kantenin müqaviləsi 2023-cü ilin yayına qədərdir.