“Çelsi”nin futbolçusu: “Komanda yoldaşlarım mənə eşşək deyirlər”

“Çelsi”nin hücumçusu Kay Haverts eşşəklərə olan sevgisindən danışıb.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu komanda yoldaşlarından bəzilərinin ona eşşək dediyini bildirib:

“Bəzi komanda yoldaşlarım mənə eşşək deyirlər (gülür). Söhbət mənim oyunumla bağlı deyil. İlk gündən eşşəklərlə xüsusi münasibət hiss etdim. Çox sakit heyvandır. Bəlkə də, mən özümü onlarla təcəssüm etdirmişəm, çünki mən də sakitəm. Onlar bütün günü dincəlirlər, demək olar ki, heç nə etmirlər, sadəcə həyatlarından həzz alırlar. Mən onları həmişə sevmişəm.

Heyvanlara baxırsan, onlarda insani bir şey görürsən”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button