“Mançester Siti” qələbəyə layiq idi”

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Premyer Liqanın 6-cı turunda “Mançester Siti”yə uduzduqları matçı şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 0:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Mançester Siti” qələbəyə layiq idi. Son 20 dəqiqədə qola daha yaxın olan tərəf biz idik, amma olmadı.

Oyunumuzu sərgiləyə bilmədik. Öz səviyyəmizdə deyildik. Niyə bilmirəm, ancaq qol buraxdıqdan sonra qələbə qazanacağımızı hiss edirdim. Emosional oyun idi. Lakin yenə deyirəm, öz səviyyəmizdə çıxış etmədik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button