
“Çelsi”nin baş məşqçi postuna 3 namizəd var
“Çelsi” baş məşqçi Liam Rosenyorla yollarını ayırdıqdan sonra yeni çalışdırıcı axtarışına başlayıb.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, London təmsilçisinin siyahısında üç əsas namizəd yer alır. Bunlar Andoni İraola (“Bornmut”), Marko Silva (“Fulhem”) və hazırda işsiz olan Edin Terziçdir.
“Çelsi”nin bu addımı komandanın qeyri-qənaətbəxş nəticələri ilə bağlıdır. Premyer Liqada 33 turdan sonra 48 xal toplayan londonlular turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Komanda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməmək riski ilə üz-üzədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



