“Qələbəyə layiq idik” – Tuxel

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Premyer Liqanın 22-ci turu çərçivəsində “Tottenhem”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 1:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Nəticədən məmnunuq. Güclü rəqibə qarşı çətin oyun oldu. Üstün tərəf biz idik və oyuna nəzarət edirdik. İlk hissə daha yaxşı keçdi, ikinci hissədə də rəqibə bəzi imkanlar verdik. Düşünürəm ki, qələbəyə layiq idik. Çoxlu hücumlar edirdik, ikinci qolu vurmaq üçün tələsirdik. Çünki rəqibin vuracağı bir qol oyunu dəyişə bilərdi. Müdafiədə cəsarətlə oynadıq və sonda qazanan tərəf olduq.

Yaxşı komandamız var və uşaqlara inanıram. Onların potensialları yüksəkdir, klub rəhbərliyi də bizi dəstəkləyir”.