Tuxel: “Lukakunu şişirtdiklərini düşünürəm”

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel komandanın futbolçusu Romelu Lukaku haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, belçikalı hücumçunun şişirdildiyini deyib:

“Lukakunu şişirtdiklərini düşünürəm. O, bu il çox oyuna çıxıb və hələ də davam edir. Lukaku möhtəşəm idmançıdır və hər zaman rəqabətə hazırdır. Onun mənəvi olaraq yorulduğunu hiss edirəm. Çox narahat deyilik, amma üzərində təzyiq var və çox şişirdilir”.

Lukaku “Çelsi” ilə 10 oyunda 4 qol vurub.