“Biz onu qol vursun deyə almışıq” – Tuxel

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasında “Zenit”i (Rusiya) məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “zadəganlar”ın çalışdırıcısı, 1:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“İlk hissə bizim üçün daha rahat oldu. Qələbəyə layiq oyun sərgilədik. Rəqibimizi narahat edəcək oyun oynamadıq, amma bu performans qələbə üçün kifayət etdi.

Romelu Lukaku yaxşı qol vurdu. Düzgün vaxtda, lazım olan yerdə idi. Biz onu qol vursun deyə almışıq”.