“Çelsi”ni almaq istəyənlər hökumətə müraciət etsin – açıqlama

Böyük Britaniya hökuməti “Çelsi”ni satmaqda maraqlı olan rusiyalı iş adamı Roman Abramoviçin təkliflərlə müraciət etmək imkanını açıqlayıb.

Komanda.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın texnologiya və rəqəmsal iqtisadiyyat üzrə dövlət katibi Kris Filip bildirib:

“Mövcud lisenziyalaşdırma şərtlərinə görə, satış baş tuta bilməz. Bununla belə, təklif vermək istəyənlər varsa, onlar hökumətə müraciət edə bilərlər ki, sövdələşmə baş tutsun”.

Rusiyanın Ukraynaya hücumundan sonra Abramoviçin İngiltərəyə girişinə qadağa qoyulub və ona sanksiyalar tətbiq olunub.

Roman Abramoviç “Çelsi” klubunun səhmlərini 2003-cü ildə alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button