“Çelsi”dən növbəti tansfer

“Çelsi” heyətinə daha bir futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, “zadəganlar” “Nitsa”dan Malanq Sarrı transfer edib.

Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Lakin Seneqal əsilli fransalı oyunçu ilk mövsümdə təcürbə qazanması üçün icarəyə göndəriləcək.

Qeyd edək ki, “Nitsa”ın yetirməsi olan Sarr 2016-cı ildən əsas komandada çıxış edir. O, 4 mövsüm ərzində 119 matçda 3 qol vurub və eyni sayda qolun ötürməsini verib.

“Çelsi” ötən gün “Lester Siti”dən Ben Çiluelli də transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button