
“Çelsi” yeni baş məşqçiyə iki futbolçu “hədiyyə etmək” istəyir
“Çelsi” yeni baş məşqçi Liam Rozenyoru yanvar transfer pəncərəsində tam dəstəkləməyə hazırdır.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, London klubu “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes və “Milan”ın hücumçusu Rafael Leao üçün hərəkətə keçməyi planlaşdırır.
“Çelsi” cari mövsümdə Premyer Liqada 21 turdan sonra 31 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Rozenyorun komandası növbəti turda, yanvarın 17-də “Brentford”u qəbul edəcək.
“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



