“Çelsi” üzərində qələbə ilə çempion oldular

Futbol üzrə İngiltərə Federasiya Kubokunda 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici oyunda “Çelsi” ilə “Lester Siti” komandaları qarşılaşıb.

Final matçının taleyini bir qol həll edib. Yuri Tilemans 63-cü dəqiqədə vurduğu qolla “Lester Siti”ni kubokun qalibinə çevirib.

“Lester Siti” tarixində ilk dəfə bu turnirin qalibi olur. Rekord isə 14 dəfə çempion olmuş “Arsenal”a məxsusdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button