Bellingem uğrunda mübarizəyə daha bir klub qoşuldu

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Çud Bellingemi daha bir klub transfer etmək istəyir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu, “Çelsi” klubudur.

19 yaşlı ingilis futbolçu ilə “Liverpul” və “Real” da maraqlanır.

“Borussiya”nın 2023-cü ilin yayında Bellingem üçün 150 milyon avro tələb edəcəyi deyilir.

Bellingem bu mövsüm “Borussiya”nın heyətində bütün turnirlərdə 10 oyuna çıxıb və 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button