“Çelsi” onu itirə bilər – elə bu yay

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante bu yay London klubunu tərk edə bilər.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçuya bir neçə klubdan maraq var.

“Çelsi” və Kante bir neçə aydır ki, müqavilənin uzadılması məsələsini müzakirə edir, lakin hələ də razılığa gələ bilməyiblər.

31 yaşlı yarımmüdafiəçinin London klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. O, bu mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button