“Çelsi” ikinci dəfə cəhd edəcək – “Napoli”nin futbolçusu üçün

İtaliyanın “Napoli” klubunun hücumçusu Dris Mertens karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, “Çelsi” 32 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Zadəganlar” Mertensə yüksək məvacibli müqavilə təklif etməyə hazırlaşır. Futbolçu London klubunun təklifini qəbul etsə, cari mövsümün sonunda azad agent olaraq “Çelsi”yə keçəcək. Futbolçunun “Napoli” ilə yeni müqavilə üçün danışıqlarda problem yaşadığı bildirilir.

“Çelsi” qış fasiləsində də Mertensi heyətinə qatmağa cəhd etmiş, amma Neapol klubu ingilislərin təklifindən imtina etmişdi.

“Napoli” müqaviləsi iyunda başa çatacaq belçikalı futbolçuya yeni müqavilə təklif etsə də, tərəflər razılığa gələ bilməyiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button