“Çelsi”nin əsas transfer hədəfi

“Çelsi” yaxın gələcək üçün prioritet transfer hədəfinə qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “zadəganlar” “Napoli”nin və Nigeriya millisinin hücumçusu Viktor Osimhenlə müqavilə imzalamaq istəyir.

London klubunun rəhbərliyi 33 yaşlı Pyer-Emerik Obameyanqın hücumçu probleminin uzunmüddətli həlli olmadığını başa düşür. Eyni zamanda, komandanın yeni baş məşqçisi Qrem Potter “İnter”də icarədə olan belçikalı forvard Romelu Lukakunun xidmətində maraqlı deyil. Bu baxımdan, hücumun mərkəzini gücləndirmək klubun əsas vəzifəsidir.

“Çelsi” rəhbərliyi Osimhenin transferinin çətin olacağını bilir, ona görə də, alternativ namizəd axtarışındadır. “Lill”in futbolçusu Conatan Devid və “Yuventus”un forvardı Duşan Vlahoviçin də namizədliyi nəzərdən keçirilir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button