“Çelsi” Halanda görə transfer rekordu qırmağa hazırdır

“Çelsi” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Komanda.az xəbər verir ki, London klubu yayda Dortmund “Borussiya”sından Erlinq Halandı heyətinə qatmaq niyyətindədir. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. “Çelsi” 20 yaşlı hücumçu üçün lazım olan məbləği ödəməyə hazırdır. “Zadəganlar” Haland üçün klubun transfer rekordunu qıra bilər.

Dortmund “Borussiya”sı ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan Halandın “transfermarkt”da dəyəri 100 milyon avrodur.

Hazırda “Çelsi” tarixinin ən bahalı transferləri 80 milyon avroya başa gələn Kay Haverts və Kepa Arrisabalaqadır.

Haland “Borussiya”da 17 oyuna 19 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button