“Çelsi” darmadağına üzüldü, MS ilk xal itkisi ilə üzləşdi

İngiltərə Premyer Liqasında 3-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

Səfərdə “Lids”lə qarşılaşan “Çelsi” darmadağına üzülüb. “Vest Hem” də doğma meydanda “Brayton”a məğlub olub. Altı qolun qeydə alındığı “Nyukasl” – “Mançester Siti” oyununda isə qalib müəyyənləşməyib və son çempion ilk xal itkisi ilə üzləşib.

İngiltərə Premyer Liqası
3-cü tur

20 avqust

Tottenhem – Vulverhempton 1:0
Qol
: H.Keyn, 64.

Lester Siti – Sauthempton 1:2
Qol: Meddison, 54 – Adams, 68; 84.

Everton – Nottingem Forest 1:1
Qol: Qrey, 88 – Conson, 81.

Kristal Pelas – Aston Villa 3:1
Qol
: Zaha, 7; 58. Mateta, 71 – Uotkins, 5.

Fulhem – Brentford 3:2
Qol
: Rid, 1. Palinya, 20. Mitroviç, 90 – Nerqor, 44. Touni, 71.

Bornmut – Arsenal 0:3
Qol
: Edeqor, 5; 11. Saliba, 54.

21 avqust

Lids – Çelsi 3:0
Qol: Aaronson, 33. Rodriqo, 37. Harrison, 69.

Vest Hem – Brayton 0:2
Qol: Makallister, 22. Trossard, 66.

Nyukasl – Mançester Siti 3:3
Qol: Almiron, 28. Uilson, 39. Trippye, 54 – İ.Gündoğan, 5. Haland, 60. B.Silva, 64.

22 avqust

23:00. Mançester Yunayted – Liverpul

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button