“Çelsi” birini icarədən qaytardı, digərini icarəyə verdi

“Çelsi” “Nottingem Forest”ə icarəyə verdiyi braziliyalı yarımmüdafiəçisi Andrey Santosu geri qaytarıb.

Komanda.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Santos bu mövsümün əvvəlində bir illik icarəyə götürülsə də, o, bu komandada çox forma şansı qazanmayıb. Bu isə “Çelsi”ni qane etmədiyindən, onu vaxtından əvvəl geri qaytarmağa qərar veriblər.

Andrey “Çelsi”yə 2023-cü ilin yanvarında “Vasko da Qama”dan gəlib. Onun “zadəganlar”la müqaviləsi 2030-cu ilin yayına qədərdir.

“Çelsi” digər yarımmüdafiəçisi Aleks Matosu isə “Haddersfild Taun”a icarəyə verib. 19 yaşlı futbolçunun bu mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button