“Çelsi” azarkeşlərin tənqidinə tuş gələn qapıçı ilə maraqlanır

“Çelsi” bu yay “Arsenal”ın qapıçısını transfer edə bilər. Söhbət bu mövsüm ardıcıl oyun praktikası əldə etməyən Aaron Ramsdeyldən gedir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ramsdeyl təkcə “Çelsi”nin deyil, İngiltərə Premyer Liqasının digər klublarının da marağındadır. Xarici çempionatlardan da qapıçıya tələbat var.

Ramsdeyl bu mövsüm komandanın digər qolkiperi David Rayaya uduzaraq, “Arsenal”ın ehtiyat qapıçısı olub. O, cari mövsümdə meydana çıxanda tez-tez kobud səhvlərə yol verir və azarkeşlərin tənqidi ilə üzləşir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button