Cavadov, Qazzayev və “Turan”

Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadov Qazaxıstan Premyer Liqasında çıxış edən “Turan” klubunun məşqçisi təyin olunub.

Komanda.az xəbər verir ki, bu gün sosial şəbəkədə Cavadovun komandasının hazırlıq prosesindən fotosu yayılıb. Cavadov məşqdə komandanın baş məşqçisi Vladimir Qazzayevlə birgə olub.

Azərbaycan millisinin qapıçısı Emil Balayev də bir neçə gün əvvəl “Turan”la müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button