“Cavab matçında bu səhvləri təkrarlamamalıyıq” – Xabi Alonso

Almaniyanın “Bayer” komandasının baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis 2:2 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:

“Çalışacağıq ki, ikinci yarıdakı matçı cavab görüşündə də meydanda göstərək. Bilirdim ki, bizi çətin rəqib gözləyir. Güclü “Qarabağ”ı gördük. Ona görə də çətin oyun oldu. Bilmirəm, gələn həftə necə olacaq. Cavab matçında bu səhvləri təkrarlamamalıyıq. Qarşımızda güclü komanda var idi.

Qurban Qurbanovun təcrübəsi çoxdur. Qarabağın Atletikə qarşı ÇL-dəki oyunlarını da xatırlayıram. Qurban Qurbanovu komandanı neçə illərdir çempion edir, avrokuboklara çıxarır. O, böyük işlər görür.

Bura Bundesliqa oyunu deyildi, pley-off oyunu idi. İlk yarı ən zəif birinci hissə deyildi. Amma hər şey istədiyimiz kimi alınmadı. Vacib olan odur ki, ehtiyatdan meydana girənlər matçın gedişatını dəyişdilər və iki qol vurduq”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button