CAS İbrahimovla bağlı qərarın tarixini yenə dəyişdi

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.

Komanda.az xəbər verir ki, bu barədə İbrahimovun vəkili Fərid Haqverdiyev özünün sosial şəbəkə hesabında yazıb. O, CAS-ın müraciət üzrə cavabı sentyabrın 11-dək uzatdığını bildirib.

44 günlük Vətən müharibəsi zamanı “feysbuk” səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. CAS onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Amma bu, 27 yanvaradək təxirə salınıb.