CAS-dan Nurlan İbrahimov məsələsi ilə bağlı yeni qərar

“Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun məsələsi ilə bağlı İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı yubanacaq.

Komanda.az-a bu barədə İbrahimovun özü məlumat verib. Onun dediyinə görə, əvvəlcə qərarın noyabrın 25-də açıqlanması nəzərdə tutulub. Sonradan isə qərarın dekabrın 22-də açıqlanacağı haqda məlumat verilib. Qərarın dəyişdirilməsinin səbəbinə gəlincə, İbrahimov bunları dedi:

“Düşünürəm ki, qərarla bağlı məsələnin uzadılmasının əsas səbəbi prosesinin özünün ağır olması ilə bağlıdır. Bu, bir daha verilən cəzanın heç də ədalətli olmadığını göstərir. Qərarın dekabrın 22-də açıqlanacağı gözlənilir, amma tarix yenidən dəyişdirilə, ertələnə bilər. Hər halda, indiki məqamda gözləməkdən başqa, yol yoxdur”.

Nurlan İbrahimov ikinci Qarabağ müharibəsi zamanı “feysbuk” səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov bu il yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button